Böyük Britaniyanın Baş naziri Boris Conson və Fransa Prezidenti Emmanuel Makron bazar günü Ukraynaya hərbi yardım çatdırmaq üçün səyləri artırmaq barədə razılığa gəliblər.
Qeyd edilir ki, Baş nazir Boris Conson və Prezident Emmanuel Makron Ukraynanı gücləndirmək üçün ona dəstək verilməsinin vacibliyini vurğulayıblar. Makron Baş nazirin Ukraynaya davamlı hərbi dəstəyini alqışlayıb, liderlər bu işi intensivləşdirməyə razı olublar.