Əgər Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı kütləvi qırğın silahlarından istifadə etmək qərarına gəlsə, Britaniya susmayacaq.
Banker.az “Haqqın.az”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Boris Conson bildirib. Onun sözlərinə görə, Böyük Britaniya dərhal və məsləhətləşmələr olmadan cavab zərbəni endirəcək.
“Kütləvi qırğın silahlarından istifadə ediləcəyi təqdirdə, Böyük Britaniya digər NATO ölkələri ilə məsləhətləşmədən təkbaşına cavab zərbəsi endirmək hüququnu özündə saxlayır”, – deyə Boris Conson qeyd edir.