Yubiley krediti

    0

    Dövlət müəssisələrində və özəl sektorda çalışanlara

    Borcalana dair tələblər


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    Yaş: minimum 18 yaş – maksimum 65 yaş

    Rəsmi gəlir : Kredit alanın və zaminin gəlirləri DTI* əmsalına uyğun olmalıdır.
    DTI əmsalı – fiziki şəxs olan borcalanın kredit təşkilatlarından aldığı kreditlər (o cümlədən) üzrə icra olunmamış öhdəliklərin aylıq ödənişləri, onun zamin qismində çıxış etdiyi ödənilməmiş kreditlər və yeni götürüləcək kredit üzrə qrafiklə müəyyən olunmuş aylıq ödənişlərin ümumi məbləğinin gəlirə nisbətidir;

    İstehlak kreditlərinin verilməsi zamanı DTI əmsalı borcalanın (zaminin) gəlirləri yaşayış minimumu göstəricisinin 3 mislindən aşağı olduqda 40%-dən, yuxarı olduqda 50%-dən artıq olmamalıdır.
    Aylıq xalis gəlir dedikdə ştat üzrə əmək haqqından gəlir vergisi və Dövlət Sosial Müdafiə Fonduna ayırmalar çıxıldıqdan sonra qalan gəlir nəzərdə tutulur.

    Kreditin şərtləri

    Məbləğ : 10 000 manata qədər

    Müddət : 24 ay

    İllik faiz dərəcəsi : 20%-dən başlayaraq

    Komissiya : 1 % (minimum 20 AZN)

    Qeyd: Zaminliklə verilən kreditlər istisna digər kreditlərdə sığortası məcburidir. Sığorta komissiyası borcalanın yaşından, kredit müddəti və məbləğindən, həmçinin sığorta şirkətindən asılı olaraq dəyişir.

    Təminat : 5000 AZN-dək məbləğlər üzrə zamin tələbi yoxdur.

    DTİ tələbi

    Borcalanın ayliq borc yükünün onun gəlirlərinə nisbəti (DTİ əmsalı) hesablanmalıdır. DTİ əmsalı qeyd olunan düsturla hesablanır.Burada,

    • D – borcalanın borc yükü
    • PMT – yeni kredit üzrə aylıq ödəniş
    • İ – borcalanın vergidən sonra xalis gəliri

    DTİ əmsalı borcalanın gəlirləri yaşayış minimumu (180 manat) göstəricisinin 3 mislindən aşağı olduqda 40% – dən, yuxarı olduqda isə 50% – dən artıq ola bilməz.