Təhsili: Ali
İş stajı: 3 il
Kompüter biliyi: MS Office
Dil biliyi: Azərbaycan, Rus, İngilis
İş vaxtı: 9:00 – 18:00, həftədə 5 gün
Əmək haqqı: 500 – 600 AZN
Vəzifə səlahiyyəti və məsuliyyəti: Sosial şəbəkələrdə idarəçilik üzrə ən az 2 il məzmun hazırlayaraq axtarış saytlarını yoxlamış;
- Azərbaycan dilini yaxşı bilən, şəkilçilərdən və durğu işarələrindən düzgün istifadə etmək
- Rəqib şirkətləri araşdırma analizinə sahib beyni olan və bununla yanaşı intellektual səviyyəyə malik;
- Bloq yazmış və bir bloqqer üçün SEO-nun nə dərəcədə vacib olduğunu anlayan;
- Content Manager-in işinin ancaq tərcümə edib mövzu tapmaq olduğunu düşünməyən;
- Qısa vaxt ərzində yüksək hədəflər təyin edib, nəticəyə çatmaq üçün dayanmadan çalışan;
- Texnoloji inkişafdan məlumatı olan;
- Daim özünü inkişaf etdirməyə meyilli,məsuliyyətli;
Digər şərtlər:
- Əsasən texnoloji sahədə, amma təklif və ya tələb olarsa digər uyğun sahələrdə yeniliklər barədə məlumat axtarılması və məlumatın düzgün cümlələrlə təsviri
- Məzmunun başlığına, daxili mətninə, şəklinə, keçidlərinə yazar həssaslığı ilə yanaşmaq
- Səhifəsini izləyən şəxslərin maraq dairələrini anlamaq və onları kəşf etmək üçün daim yeniliklərlə dolu, rəngarəng idealar təklif etmək
- İnternetdə məhşurlaşa biləcək mövzuları hamıdan əvvəl kəşf etmək
- “MilliKart”MMC-nin məhsulları üçün yeni rəqəmsal layihələr düşünmək və ortaq müzakirələrdə fəal iştirak etmək
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Content manager” qeyd edərək [email protected] elektron ünvanına CV göndərməsi tələb olunur. Müsahibə göndərilmiş CV əsasında aparılacaq.