4 C
Baku
Monday, December 23, 2024

Converse brendinin tarixi

Converse şirkətinin istehsal etdiyi idman ayaqqabıları Coca-Cola kimi ABŞ-ın simvoluna çevrilib. Bu istehsalçı firmanın ən məşhur modellərini dünyanın istənilən ölkəsində görmək mümkündür. All Star ketləri isə idman sahəsindən dəb sənayesinə keçən ilk idman ayaqqabıları kimi tarixə düşüb. 

Hər şey 1908-ci ildə Marquis M. Converse-in Massaçusets ştatı, Medlen şəhərində Converse Rubber shoe Company şirkətini yaratması ilə başlandı. Şirkət böyüklər və uşaqlar üçün rezin ayaqqabıların istehsalı ilə başladı.

Artıq 1910-cu ilə Converse gündəlik 4000 cüt ayaqqabı istehsal edirdi. Lakin tennis oynamaq üçün ilk idman ayaqqabısı 1912-ci ildə buraxılmışdı.

1917-ci ildə Converse All Star basketbol oyunu üçün ketlərin istehsal edilməsi inqilabi hadisəyə çevrildi.

brand894

Bir il sonra isə basketbolçu Akron Firestones komandasında çıxış edən Charles H. Taylor ilk ket cütünü əldə etdi və Amerikanı basketbol ilə tanış etdi.

Converse ketlərinin populyarlığı basketbola olan maraqla birgə artırdı və 30-cu illərdə brend ictimaiyyətin böyük simpatiyasına səbəb oldu və basketbol sözünün sinoniminə çevrildi.

1941-ci ilin dekabrında Amerika İkinci dünya müharibəsinə qatıldı və Converse yeni bir pilləyə qədəm qoydu. Müharibə zamanı əsgərlər Chuck Taylor All Star ketləri geyirdilər və müharibə bitdikdən sonra belə bu ayaqqabılar hərbi hazırlıq üçün əsas idman standartına çevrildi.

Hollywood-da həmçinin bu ayaqqabıların yeni mərhələyə çıxmasına köməklik etdi. Belə ki, aktyorlar və məşhur insanlar da bu şirkətin istehsal etdiyi məhsullara üz tutmağa başladılar.

60-70-ci illərdə Converse şirkəti basketbol, futbol və digər idman növləri üçün müxtəlif məhsullar istehsal etməyə başladı.

sfafasefa

70-80-ci illər ərzində isə brend öz populyarlığını qorumaqda davam edirdi.

Lakin bütün bunlarla yanaşı, 80-ci illərin sonlarında brend inkişaf edən yüksək texnologiyalardan istifadə edən rəqibləri ilə rəqabətə tab gətirə bilməyərək öz populyarlığını itirməyə başladı.

Rəqiblərlə mübarizə aparmaq üçün Converse biokimyəvi tədqiqatlar həyata keçirmək üçün laboratoriya əldə etdi. Lakin bu digər istehsalçıların yüksək texnologiyalarını geridə qoymağa kömək etmədi.

Beləliklə, uğursuz cəhdlər və verilmiş bir neçə yalnış qərar 2001-ci ildə Converse şirkətini iflas olmağa gətirib çıxardı.

2003-cü ilin iyun ayında isə Converse şirkəti idman sahəsində nəhəng istehsalçı olan Nike şirkətinin təklifini qəbul etdi. Nike Converse şirkətini 305 milyon dollara əldə etdi və o zamandan etibarən şirkət ona məxsusdur.

Son xəbərlər
Digər xəbərlər