COP29-da 70 mindən çox xarici və ölkədaxili nümayəndələrin qeydiyyatı həyata keçirilib.
Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, bunların mütləq əksəriyyəti – 60 mini xarici qonaqlardır: “Burada 3000-dən çox xarici media nümayəndələri qeydiyyatdan keçib”.