“AYNA tərəfindən COP29-a görə təşkil edilən 18 nəqliyyat mübadilə mərkəzinin bir qismi artıq fəaliyyətini dayandırıb”.
Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) cavab verib.
“Hazırda yalnız “Koroğlu” və “Sea Breeze” nəqliyyat mübadilə mərkəzləri ilə Bakı Olimpiya Stadionu arasında, həmçinin 5 məntəqədən Heydər Əliyev Beynəlxalq Aeroportuna daşımalar həyata keçirilir və şatllar bu istiqamətdə fəaliyyət göstərirlər”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, sözügedən daşınmalar yalnız bu gün həyata keçiriləcək.
Xatırladaq ki, ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.