“COP29-da iştirak edəcək bütün tibbi briqadalar təlimlərə cəlb olunub”.
Bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.
Onun sözlərinə görə, 40-a yaxın briqada artıq təqdim olunub:
“Onların qeydiyyat prosesi bitib. Həmçinin qonaqların yerləşdiyi hotellərdə də tibbi xidmət 24 saat təşkil olunacaq. Bunun üçün rayonlarda olan resurslarımızdan da istifadə olunacaq”.