Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə regional bölməsinin əməkdaşları tərəfindən Ağdaş rayonu, Məşəd kəndində fəaliyyət göstərən fiziki şəxs Qocayev Rahib Tofiq oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Belə ki, müəssisədə suyun filtrdən keçmədən birbaşa istehsal prosesində istifadə olunduğu, istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.