Avropa Birliyində onu süquta apara biləcək maliyyə- iqtisadi disbalanslar yaranıb və güclənməyə davam edirlər. Bu haqqda məşhur amerikalı maliyyəçi Corc Soros xəbərdarlıq edir.
O, Londonda «Avropa Birliyininin faciəsi» adlı kitabını təqdim edib. Kitab Soros tərəfindən son illərdə yazılmış məqalə və müsahibə toplusundan ibarətdir.
Soros qeyd edib ki: «Avro zonanın və Avropa Birliyinin əsas problemi AB-nin borclu olan ölkələrinin və borc verən ölkələrinin arasında uçurum genişlənməyə davam edir. AB uzun davam edəcək durğunluğa yaxınlaşır, bu, isə disbalansın güclənməsinə səbəb olacaq. Əfsuslar olsun ki, AB-u bu gərgin təzyiqə tab gətirməyə bilər».
Onun fikrinə görə, bu vəziyyətin ən yaxşı həll yolu Almaniyanın avro zonadan çıxması olardı.
Corc Soros: «Nəticədə, hal- hazırda Almaniya avronu saxlamaq üçün əlindən gələn hər şeyi edir. Və valyuta müqavimətə tab gətirəcək. Avro zonanın problemi bundan ibarətdir ki, Almaniya avronu saxlamaq üçün cuzi tədbirlər alır. Avro zona ölkələri arasında ödənişlər balansının profisit və defisit göstəriciləri üzrə uçurum isə genişlənməyə davam edir».
«AB artıq kəskin maliyyə böhranından keçib və indi siyasi böhrana daxil olur. Siyasi böhran, ilk növbədə, iki müstəvidə ifadə olunur: avro ilə çətinliklər və həmçinin Britaniya ilə AB arasında problemili münasibətlər. Nəticədə, həddindən artıq sağçı partiyalar AB ölkələrində seçicilərin üçdə iki səslərini ala bilərlər. Bu bütün AB-dakı vəziyyətə təsir edəcək və təhlükəli olaraq qiymətləndirilir»-deyə Corc Soros əlavə etmişdi.