11 C
Baku
Monday, December 23, 2024

Corc Sorosun müvəffəqiyyət prinsipləri

“General Electric”–in prezidenti Cek Uelç haqqında kitab yazdıqdan sonra Robert Sleyter yeni qəhrəman axtarışına çıxmışdı.

Son nəticədə o, dünyanın ən güclü investorlarından biri, İngiltərəni lərzəyə gətirən və funt sterlinqə qalib gələn Corc Sorosu seçdi.

Onu heç vaxt təkcə pul maraqlandırmayıb. Corc Sorosun bütün həyatı boyu yaşayıb, gəldiyi qənaətlərdən biri də odur ki, yalnız pul xətrinə pul qazanmaq mənasızdır. Zənginlik özü də bir yükə çevrilə bilər-deyərək o təkrar edir və daima öz prinsiplərinə sadiq qalırdı. Bu prinsiplər arasında  mənə daha yaxın olan və daha vacib görünənləri sizə təqdim edirik.

1. Xaosu dərk edin və varlanacaqsınız

Bir sıra sərmayəçilər maliyyə dünyasını rasional hesab edirlər. Onlar əmindirlər ki, səhmlərin kursu daxili bir məntiqə əsaslanır. Soros isə belə fikirləşmir. Ona görə, maliyyə dünyası xaotik və qeyri-stabildir.

O əmindir ki, maliyyə bazarlarının dəyişməsini sanki bir riyazi formulun tərkib hissəsi kimi dərk etmək cəhdləri heç bir uğura gətirib çıxarmır.
Varlanmaq üçün, xaosa çatmaq, yəni onu dərk etmək lazımdır. Maliyyə bazarlarını riyaziyyat deyil, psixologiya, daha dəqiq desək isə instinktiv hissi idarə edir. Kütlənin nə vaxt bu və ya digər səhmin, valyutanın və ya xammalın arxasınca qaçacağını başa düşmək lazımdır, onda uğur özü investorun qapısını döyəcək.

2. Axının əksinə üzün

Sorosun investisiya oyununun sınanmış metodlarından biri isə Wall Street “qoruğundan” kənar çıxaraq, axının əksinə üzməkdən ibarətdir. Onu dahi edən cəhətlərdən biri, onun Nyu York birjası divarlarından kənar  inanılmaz məbləğdə pul qazanması idi.

3. Bazarın nə düşündüyünü öyrənin

 Bazarın hər konkret məqamda nə haqda “düşündüyünü”, daha dəqiq isə investorların məbləğinin müəyyən edilməsi Corc Soros metodunun ən vacib hissəsidir. Əgər investor bazarın nə haqda “düşündüyünü” bilirsə,  o çox sərfəli bir mövqe tutmaq imkanı əldə edər. Heç kəsin gözləmədiyi bir şeyə yatırım edər, gözlənilən və ya artıq başlanmış qalxma və enmə növbələşməsinə oynayaraq uduzduğunu geri qaytarar.

4. Gözlənilməz olana qoyuluş edin

Sorosun investisiya nəzəriyyəsi iddia edir ki, qalxma və enmələrin növbələşməsi həmişə güclənə bilər, çünki bazarlar daimi hərəkətdə və qeyri müəyyənlikdə bərqərar olurlar.
Gözlənilməz fürsətlər axtarışında qeyri stabilliyə oynayaraq, pul qazanmaq olar. Əgər sən bazarın nə düşündüyünü bilirsənsə, onun fikirlərinə zidd hərəkət elə. Öz pulunu gözlənilməzliyə qoy.

5. İlk növbədə geri çəkilin

Soros ara-sıra belə deməyi xoşlayır: “Əgər oyun gözlədiyiniz kimi alınmırsa, ilk işiniz geri çəkilmək olsun. Öz zərərinizin dərhal əvəzini çıxarmağa çalışmayın. Yeni oyuna başlayanda isə azdan başlayın”.

Sizin haqlı və haqsız olmağınız elə də vacib deyil, əsas odur ki, siz haqlı olub nə qədər pul qazanmısınız və nə qədər pulu isə səhv edərək itirmisiniz.
“İnsanlar mənim səhvsizliyimə dair fikirlərində yanılırlar- Soros etiraf edir- mən heç də digərlərindən daha az səhv etmirəm. Amma mən əminəm ki, mən çoxlarından məhz öz səhvlərimi dərhal boynuma almağım baxımından əməlli başlı fərqlənirəm. Mənim həyatımın əsas tapıntısı məhz ondan ibarətdir ki, mən insan övladının düşüncəsinə öncəliklə xas olan səhvə yol verməni və qeyri dəqiqliyi etiraf edə bilirəm.

6. Niyə belə az?

Amma Soros öz investisiya qərarını doğru hesab  edərsə, onu heç kəs və heç nə öz fikrindən döndərə bilməz. O, risk etməyi həm bacarır, həm də ki sevir. Heç bir əməliyyat onun gözünə

həddindən artıq iri görünməyəcək.
“Qoy geriyə qorxaqlar baxsınlar”- bu onun əsas devizidir. Sorosun fikirlərinə əsasən, ən böyük səhv heç də hünərli olmaq deyil, əksinə lazım olandan da artıq ehtiyatlı davranmaqdır. Niyə belə az? –bu onun ən sevimli suallarından biridir.

7. Müvəffəqiyyət üçün asudə vaxt   gərəkdir

Soros ofisdən kənar vaxt keçirməyi xüsusi qiymətləndirir. O, öz dəyərli vaxtını düşünüb-daşınmağa sərf edir. O əmindir ki, uğur üçün asudə vaxt lazımdır. Bu elə bir vaxtdır ki, heç bir bölgü olmadan tamlıqla sizə məxsusdur.

Soros Sleyterə bildirir ki- “mən hər gün işə getmirəm. Mən yalnız o vaxt işə gedirəm ki, buna həqiqətən ehtiyac var və zərurət belə tələb edir. Həmin günlərdə mən həqiqətən işlə məşğul oluram. Sən isə hər gün işə gedib, orda nə isə edirsən, ona görə də buna həqiqətən ehtiyac olduğu günləri nəzərdən qaçırırsan”.

Soros hesab edir ki, pulların idarə edilməsi, biznesin ən qəddar, mərhəmətsiz növlərindən biridir. Burda yalandan özünü işləyirsən kimi göstərib də, hər şeyi başlı-başına buraxmaq olmaz. Incədən-incəyə olan hesabatlar Allahın verdiyi hər gün aparılmalıdır.

Son xəbərlər
Digər xəbərlər