18 C
Baku
Sunday, September 8, 2024

“Cosmopolitan” və “Esquire” jurnalları Rusiyada bağlanır

Amerikanın “Hearst” şirkəti rusiyalı tərəfdaşları olan “Shkulev Media” və “Fashion Press” şirkətlərinin lisenziyalarını geri götürmək qərarını verib.

Banker.az “Secretmag”a  istinadən xəbər verir ki, bunun nəticəsində Rusiyada “Men’s Health”, “Cosmopolitan”, “Elle”, “Esquire” və “Harper’s Bazaar” jurnalları bağlanacaq.

Verilən məlumata görə, “Elle” jurnalının nəşriyyatını həyata keçirən “Shkulev Media” səhm paketini satacaq, “Fashion Press” isə brendlərinin lisenziyasını ləğv edəcək.

“Güclənən humanitar böhran və onun geniş təsiri ilə bağlı dərin narahatlığımız, bizi qlobal biznes olaraq rolumuzu və məsuliyyətimizi yenidən nəzərdən keçirməyə məcbur edib”, – mesajda bildirilir.

Xatırladaq ki, bundan əvvəl “Condé Nast” nəşriyyatı (“GQ”, “Vogue”, “Tatler”, “Glamour”) Rusiyada fəaliyyətini dayandırdığını elan etmişdi. Şirkətin baş direktoru Rocer Linçin sözlərinə görə, Rusiyanın hərbi saxtakarlıq qanununa edilən dəyişikliklər jurnalların adi formada çapını davam etdirməsinə mane olur. “İşçilərimizin təhlükəsizliyinə xələl gətirmədən məzmunumuzu yarada bilməyimiz bizim üçün çox vacibdir”, – Linç söyləyib.

Son xəbərlər
Digər xəbərlər