16 C
Baku
Thursday, April 25, 2024

Coşua Norton – ağlını itirmiş “imperator”

19-cu əsrdə San-Fransiskoda Coşua Norton adlı sahibkar yaşayırdı. Görünür o yaşadığı maliyyə problemləri səbəbi ilə ağlını itirir və özünə Birləşmiş ştatların əlahəzrət imperatoru I Norton və Meksikanın Hamisi elan etmişdi.

Lakin şəhər əhalisi onun bu hərəkətlərini yumor hissi ilə qəbul edirdilər.  “İmperator” tərəfindən imzalanmış pul nişanları restoran və mağazalarda qəbul edilir, onunla qarşılaşdıqda təzimlər edilirdi. Norton çoxlu sayda əmr və fərmanlar imzalayırdı ki, qəzetlər də bunları böyük həvəslə çap edirdilər. Onun ən məşhur əmrlərindən biri ABŞ konqresinin buraxılması barədə verdiyi əmr olur. Aydın olduğu kimi o, Konqres tərəfindən rədd edilmişdi.

1880-ci ildə Norton dünyasını dəyişdikdə onun heç bir pul ehtiyatına sahib olmadığı aşkar edilir. Lakin yerli əhali tez bir şəkildə dəfn mərasimi üçün lazım olan vəsaiti toplayır. Yeri gəlmişkən onun dəfnində isə 10 mindən çox insan iştirak edirdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər