4 C
Baku
Friday, March 29, 2024

“Coursera” təhsil platforması $1 mlrd. dəyərində qiymətləndirilib

“Coursera” təhsil platforması $1 mlrd. dəyərində qiymətləndirilib

“Coursera” təhsil layihəsi yeni maliyyə raundunda 103 milyon dollar cəlb edib. Maliyyə raunduna SEEK Group rəhbərlik edib – Avstraliyada fəaliyyət göstərən və onlayn-rekrutinq ilə məşğul olan şirkət. Bu haqda layihənin icraçı direktoru olan Jeff Maggioncalda xəbər verib. Layihənin dəqiq qiyməti məlum deyil. Platformanın təxminən 1 milyard dollar dəyərində qiymətləndirilməsi ehtimal olunur, bu haqda mənbəyə istinadən TechCrunch yazır.

Banker.az xəbər verir ki, “Coursera” – sizin üçün distant təhsil və hətta təhsil aldığınız universitetin diplomunu almaq imkanını yaradan xüsusi bir platformadır. Hal-hazırda bu platforma 3 200 müxtəlif kurs təklif edir, onun əməkdaşlıq etdiyi universitetlərə Prinston, Stenford və Yel daxildir. Şirkətin verdiyi məlumata görə, bu günə qədər xidmətdən 40 milyondan çox insan istifadə edib. “Biz çoxdan başa düşdük ki, düzgün yol – geniş variant çeşidinin təklif edilməsidir: ödənişsiz kurslardan tutmuş magistr, bakalavr dərəcələrinə qədər. Bu bizim portfoliomuzdur”, – deyə Maggioncalda qeyd edir.

“Coursera” layihəsinin əsas məqsədi, hər bir kəs üçün təhsili əlçatan etməkdir. Qeyd etmək lazımdır ki, platformada data science üzrə Stenford universitetinin professorları olan Daphne Koller və  Andrew Lang çalışırlar. Bu gün şirkət biznes və təşkilatlarla əməkdaşlıq edərək, mütəxəssis hazırlaşdırır. Ötən il “Google” şirkətinin əməkdaşlığı ilə proqramlaşdırma kursları təşkil edilmişdir, cari ilin fevral ayında isə tibb işçilərinin hazırlaşdırılması məqsədilə 100-dən çox kurs təqdim olunub.

“Şirkətlər başa düşürlər ki, yaxın gələcəkdə ixtisasların çox hissəsi avtomatlaşdırılacaq. Bu səbəbdən əməkdaşların keyfiyyətli şəkildə yenidən təhsil almasına böyük tələbat olacaq”, – Maggioncalda vurğulayır. O eyni zamanda qeyd edir ki, “Coursera” üçün növbəti addım – tələbələrinə yalnız təhsil almaqda deyil, həm də iş tapmaqda yardım göstərməkdir. “Əgər tələbələrə nə isə öyrədiriksə, çox güman ki gələcəkdə onları işə götürən də biz olacağıq”, – top-menecer deyir.

 

Son xəbərlər
Digər xəbərlər