21.6 C
Baku
Monday, October 7, 2024

COVID-19-a yoluxan şəxslər nə vaxt peyvənd oluna bilər?-TƏBİB-dən açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa yoluxmuş şəxslərin peyvənd olunmaları məsələsinə aydınlıq gətirib.

Banker.az xəbər verir ki, TƏBİB-in verdiyi məlumata görə, virusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir.

Bildirilib ki, 6 aydan sonra (tibbi cəhətdən qandakı anticisimlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə peyvənd oluna bilər.

Xatırladaq ki, bu gündən Azərbaycanda 65 yaşdan yuxarı risk qrupuna aid olan əhali qrupunun peyvəndlənməsinə başlayır.

Son xəbərlər
Digər xəbərlər