9 C
Baku
Monday, December 23, 2024

COVID-19 son bir il ərzində beynimizi necə dəyişdirdi?

XVII əsrdə İngiltərədə taun xəstəliyi yayılanda, cənab İsaak Nyuton təhsil aldığı Kembricdən qaçıb Linkolnşirdakı bir ailənin evində qaldı. Nyutonlar  balaca evdə sıxışmaq məcburiyyətində deyildilər, onların böyük meyvə bağları da var idi. Bütün həyatı alt-üst edən o çətin dövrlərdə, Nyuton tez-tez düşünürdü, çünki qrafikə riayət etməyə və ya digər insanlarla ünsiyyətdə olmağa ehtiyacı yox idi. Məhz həmin vaxt aralığında almanın ağacdan yerə düşməsi onun marağını çəkdi. Və nəticədə, yerin cazibə qanunu vəba xəstəliyinin bəşəriyyətə əsas hədiyyəsi oldu. Bəs indiki pandemiya bizə nə verdi?

Yəqin ki, hər birimiz özünə bu sualı verir. Xəstələndinizsə, köçdünüzsə, sevdiyiniz insanı və ya işinizi itirdinizsə, boşandınızsa, hər səhər daha çox idman etməyə başladınızsa, hər gün eyni paltarları geyindinizsə, bu halda əminliklə pandemiyanın sizə də təsir etdiyini deyə bilərsiniz. Bəs bu təsiri necə xarakterizə edə bilərsiniz? Və bu sualların cavabını nə zaman alacağıq? Pandemiya psixoloji olaraq bizə necə təsir edəcək? O bizi əbədi dəyişəcəkmi?

“İnsanlar əvvəlki həyata qayıtmaqdan danışırlar, mən isə bunun nə vaxtsa baş verəcəyini düşünürəm”, – deyə Yel Universitetinin tarixçisi və Epidemics and Society: The Black Death to Content kitabının müəllifi Frenk Snouden söyləyir. Snouden 40 ildir pandemiyaları öyrənir. Və keçən yazda COVID-19 haqqında bilmək istəyən insanlardan yaxa qurtara bilmirdi. O, koronavirus xəstəliyini hərtərəfli müşahidə etdi, çünki özü də yoluxdu. Tarixçi COVID-19-un təsadüfi olmadığına inanır. Bütün pandemiyalar “insanların ətraf mühitə, digər canlılara və bir-birləri ilə münasibətləri nəticəsində yaratdığı zəifliklərə görə cəmiyyətə zərbə endirir”. Hər bir pandemiyanın özünəməxsus xüsusiyyətləri var və bu, taun xəstəliyinə bənzəyir, bizim psixiki sağlamlığımıza təsir göstərir. Snouden COVID-19 pandemiyasından sonra bəşəriyyətin ikinci – psixoloji pandemiya ilə üzləşəcəyini hesab edir.

Nevrologiya İnstitutunun travma sahəsində ixtisaslaşmış psixiatriya dosenti Aoyf O’Donovan da eyni fikirdədir. “Biz çoxsəviyyəli qeyri-müəyyənliklə qarşılaşırıq, – deyə mütəxəssis qeyd edir. – Həqiqətən də dəhşətli hadisələr baş verdi və onlar yenə təkrarlanacaq. Bu, fizioloji baxımdan çox çətindir.

Onun sözlərinə görə, pandemiyanın təsiri bütün bədəndə hiss olunur: insanlar təhlükə hiss etdikdə (mücərrəd və ya həqiqi), stresə bioloji reaksiya aktivləşir. Kortizol qlükozanı səfərbər edir. İmmunitet sistemi işə düşür, iltihab səviyyəsi yüksəlir. Bu isə beynin fəaliyyətinə təsir edir – o, təhdidlərə qarşı daha həssas olur.

Praktikada bu o deməkdir ki, birinin öskürdüyünü eşidəndə, ətrafınızda maskalar gördükdə, hətta Zoom-da dostunuzla danışanda – bir sözlə, istənilən anda immunitetiniz işə düşə bilər. Tənzimləmə mexanizmi olduqca qeyri-müəyyən olduğundan, bütün qərarları özümüz vermək məcburiyyətindəyik. O’Donovan bunun qeyri-müəyyənliyin ən yüksək səviyyəsi olduğunu vurğulayır.

COVID-19-un özünəməxsus xüsusiyyətləri bu qeyri-müəyyənlik hissini daha da gücləndirir. Snoudenin sözlərinə görə, koronavirus “hər kəsin xəyal edə biləcəyindən daha mürəkkəbdir”, formaları isə dəyişkəndir. Bəzilərində virus özünü tənəffüs yollarına, bəzilərində isə mədə-bağırsaq sisteminə nüfuz edir. Kimdəsə koronavirus tamamilə simptomsuz keçir, kimdəsə isə baş ağrısı, güclü öskürək və yüksək qızdırma ilə müşayiət olunur. Çoxumuz bu xəstəliyə düçar olub-olmadığımızı heç vaxt bilməyəcək, buna görə cahillik bizi daim özümüzü dinləməyə sövq edir. Simptomların təsviri qorxuları yox etmək əvəzinə, daha çox sual doğurur: məsələn, öskürək nə zaman “davamlı” olur?

Gündəlik həyatda qeyri-müəyyənlik özünü çox fərqli şəkildə göstərir. Böhran vəziyyətində əvvəllər istifadə etdiyimiz ritmlər – tək və başqa insanlarla vaxt keçirmək, işə gedib-gəlmək, xaricdən gələn bağlamaları poçtdan götürmək – təhrif olunur.

Yeni forma hələ formalaşmayıb, yalnız yadlaşma inkişaf edir. Sadə bir sual belə (məsələn, “necəsən?”) mətnaltı mesajlarla dolu olur (məsələn, “yoluxucu deyilsiniz?”) və bu suallar nadir hallarda cavablandırlır.

COVID-19 pandemiyası dövründə bizi insanlıqdan çıxaran ən mühüm şey ölümə olan münasibətimiz oldu. Ölən insanların sayı durmadan artır. Və onlardan hər biri statistikaya çevrilməzdən öncə təcrid edilir. “Xəstələr sözün əsl mənasında şəxssizləşirlər, bu isə əlaqələri pozur və insanları bir-birindən aralayır”. Fərdiləşmə hissi də şəxsiyyətsizləşmə ilə əlaqəlidir. Daha çox fərdiləşmə beynəlxalq və siyasi səviyyədə müşahidə edilə bilər. Məsələn, Donald Trampın ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması təklifi.

Bu halda edə biləcəyiniz (və ya artıq etdiyiniz) tək şey kompensasiya davranışını məşq etdirməkdir. Əks təqdirdə, ikinci – psixoloji pandemiya şiddətlənəcək. Şotlandiyada, məsələn, psixoaktiv preparatlardan istifadə təxminən 1/3 dəfə, qaynar xəttə gələn zənglərin sayı isə 5 dəfə artıb.

Bəs pandemiya bizi uzunmüddətli perspektivdə dəyişəcəkmi?

O’Donovan yaxın illərdə posttravmatik streslərin artacağını hesab edir. Bundan əlavə, COVID-19 qorxusunun xəstəliyin özündən daha pis ola biləcəyi ehtimalı var. Mütəxəssislərin sözlərinə görə, insanlar kütlə içərisində yeni şəkildə davranmağı öyrənəcəklər. Bu səbəbdən duyğuların tarixçinin dediyi kimi, “pandemiya emosional nəticələrinə görə dünya müharibəsinə bənzəyə bilər”.

Snouden deyir: “Çox pis və qaranlıq olan bir şeydə belə ümid şüası var. Bəlkə də bunun nəticəsi olaraq, səhiyyə sistemimizi dəyişdiririk. Onu zehni və fiziki sağlamlığımıza daha diqqətli yanaşmağa sövq edirik. Bəlkə də pandemiya bizə tibbin məqsədini daha yaxşı dərk etməyə kömək edəcək”.

Ola bilər ki, Nyutonun bağı kimi, koronavirus pandemiyası da bizə əvvəllər dəfələrlə gördüyümüz şeylərə fərqli bucaqdan baxmağa imkan verəcək. İnandırıcı gəlmir, amma əvvəllər yalnız ofisdə işləyən insanların əvvəlki rejimə qayıtması real görünmür. Bir çox şəhərlərdə yol sxemlərinə dəyişikliklər edilir, avtomobillərin istifadəsi qadağan olunur, Karlos Morenonun “15 dəqiqəlik şəhər” konsepsiyası isə həm Parisdə, həm də Buenos-Ayresdə populyarlaşır. XIX əsrin sonunda skarlatina xəstəliyi olan insanların yaxınları ilə ünsiyyət qura bilməsi üçün İngiltərə xəstəxanaları telefonla təchiz edildi. Və hamı buna öyrəşdi. Koronavirus yayılanda insanlar Zoom FaceTime proqramlarında rahatlıq tapdılar (baxmayaraq ki, bəlkə də bəzi offlayn görüşlər geri qayıdacaq və Zoom ünsiyyət zamanı istifadə etdiyimiz əsas alət olmayacaq).

Və bəlkə də mövcud şəraitdə əsas şey pandemiyanın yeni fürsətlər üçün şərait yaratmasını görməkdir. Problemlər çox olacaq, nəticələr isə ağır keçəcək. Lakin bu gün əvvəllər ağlasığmaz dəyişikliklər üçün yeni fürsətlər var. Aylardır özümüzlə sıx təmasda yaşadıq. İtirdiyimiz bəzi sadə şeylərə daha çox dəyər verməyə başladıq. Və müəyyən dərəcədə özümüzü daha yaxşı tanıdıq.

 

 

 

Son xəbərlər
Digər xəbərlər