“Azərsu” Açıq Səhmdar Cəmiyyət “Eurolab” Məhdud Məsuliyyətli Cəmiyyət ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə COVİD-19 test analizlərinin aparılması xidmətinin satınalınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 230 100 manatdır.
Qeyd edək ki, “Eurolab” Məhdud Məsuliyyətli Cəmiyyət 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 500 manatdır və qanuni təmsilçisi Roza Şahbazovadır.