Koronavirusun heyvandan insana keçməsi onun tamamilə məhv edilməsini çətinləşdirir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə Fövqəladə Hallar Proqramının icraçı direktoru Mayk Rayan deyib.
“COVID-19-u tamamilə aradan qaldırmaq demək olar ki, mümkün deyil, lakin biz onun yaratdığı fövqəladə sağlamlıq vəziyyətlərinə son qoya bilərik”, – Rayan bildirib.
ÜST rəsmisi vurğulayıb ki, mübarizə hələ bitməyib: “Zəif tərəflərimiz var və hələ də sistemimizdə olan zəif cəhətləri bu virus, ya başqa virus aşkar edəcək. Bunu düzəltmək lazımdır”.
Rayan onu da vurğulayıb ki, əksər hallarda pandemiya növbəti pandemiya başlayanda sona çatır.
Qeyd edək ki, martın 5-də ÜST koronavirusla əlaqədar qlobal fövqəladə vəziyyətin ləğv edildiyini açıqlayıb.