15 C
Baku
Saturday, November 2, 2024

Covid-19-un adını eşidib, üzünü görməyən ölkələr – Siyahı

Bəzi ölkələr hələ də koronavirusla “tanış olmayıblar”.
Bu ölkələrin siyahısında ən çox şübhə doğuranlar isə totalitar rejimli Türkmənistan və Şimali Koreyadır. Şimali Koreya və Türkmənistan koronavirus xəstəliyini bildirməsələr də, müşahidəçilər pandemiyanın hər iki ölkəyə də yayıldığını düşünürlər.
Covid-19-un adını eşidib, üzünü görməyən ölkələr əsasən Sakit Okean hövzəsində yerləşən xırda ada-dövlətlərdir : Palau, Mikroneziya, Kiribati, Tuvalu, Samoa və Tonqa.
2020-ci il 13 noyabr tarixinə qədər koronavirus xəstəliyinin yayıldığını bildirməyən ölkələrin tam siyahısını təqdim edirik:
Palau – Palau, Sakit Okeanda Mikroneziyanın bir hissəsini təşkil edən 250 adadan ibarət kiçik bir ada dövlətdir. Təxminən 21 min əhalisi olan ölkənin paytaxtı Melekokdur. Adalardakı ilk yaşayış yeri 3000 il əvvələ gedib çıxır.
palau
Mikroneziya – Yeni Qvineya sahillərinin şimalında, Karolin adalarında, Mikroneziyada yerləşən Okeaniyada dövlətdir. 3 noyabr 1986-cı ildən bəri rəsmi olaraq müstəqil olan bu ölkə ABŞ-la sıx əlaqədə qalır (ABŞ-la sərbəst birləşmə) və Amerikanın iqtisadi yardımından çox asılıdır.

Mikroneziya 1

Nauru –  Sakit okeanda Okeaniya regionunda ada-dövətdir. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. Nauru Mikroneziyada yerləşən mikrodövətdir. Ada-dövətin ən yaxın qonşusu 300 km şərqdə Kiribatinin Banaba adasıdır.
nauru
Kiribati – Sakit Okeaninda yerləşən adalar dövlətidir. Kiribati Respublikası 33 ada və atolldan ibarətdir. Okeaniyada bu adalar 5 million km² ərazidə yayılmışdır. Paytaxtı Tarava şəhəridir. Adaya ilk ayaq basan avropalılar ingilislər olmuşdur.
kiri
Tuvalu — Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsidir. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil, ancaq ölkənin yaxınlığında Kiribati, Fici və Samoa adaları yerləşir. Tuvalu dünyada Vatikan, Monako və Naurudan sonra dünyanın ən kiçik ölkəsidir.
tuvalu
Samoa – 1997-ci ilə qədər Qərbi Samoa olaraq bilinən, Savai’i və Upolu iki əsas adadan ibarət Polineziya ada ölkəsidir. İki kiçik yaşayış adası, Manono və Apolima, eləcə də Aleipata adaları da daxil olmaqla bir neçə kiçik yaşayış adaları var. Paytaxt Apiadır. Lapita xalqı, təxminən 3500 il əvvəl Samo adalarını kəşf edərək yerləşmişdir.
samoa
Tonqa – Sakit Okean hövzəsinin Polineziya sahəsində yerləşən dövlətdir. Şimalda Samoanın ərazi su hövzəsi, şərqdə Niuenin ərazi su hövzəsi, qərbdə Ficinin ərazi su hövzəsi ilə həmsərhəddir. Sahil su xətti — 419 km. Tonqa eyniadlı arxipelaqın 177 adasında yerləşib. Amma bu adaların ancaq 36-da əhali məskunlaşmışdır.
tonga
Türkmənistan –  Mərkəzi Asiyada dövlətdir. Türkmənistan Mərkəzi Asiyanın cənub-qərb hissəsində yerləşir. Şimal-qərbdə Qazaxıstan, şimal və şərqdə Özbəkistan, cənub-şərqdə Əfqanıstan, cənub və cənub-qərbdə İranla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Azərbaycan, Rusiya, Qazaxıstan və İranla sərhədə malikdir.
turkmenistan
Şimali Koreya –  Şərqi Asiyada dövlətdir. KXDR Koreya yarımadasının şimal hissəsində yerləşir. Şimal və şimal-qərbdə Çin, şimal-şərqdə Amonk (Çində Yalu kimi tanınır) və Tümen çayları boyunca Rusiya, cənubda isə Cənubi Koreya ilə həmsərhəddir.

korea simali

Mənbə: Johns Hopkins Universiteti, BBC
Son xəbərlər
Digər xəbərlər