30 C
Baku
Friday, July 5, 2024

COVID-19 yoluxma üzrə dünya rekordunu yeniləyib

Ötən bazar ertəsi dünyada 1.44 milyondan çox yeni yoluxma hadisəsi aşkar edilib.

Banker.az xəbər verir ki, Cons Hopkins Universitetinin məlumatına görə, bu, yeni dünya rekordudur.

Eyni zamanda, son aylarda ölüm nisbəti bir qədər də artıb. Beləliklə, yeddi gün ərzində orta ölüm nisbəti, “omikron”un yayılmasına baxmayaraq, oktyabrın ortalarından bəri təxminən 7 minə çatıb.

“Omikron” əvvəlki ştamlara nisbətən 70 dəfə daha sürətli yayılsa da, daha az ağır keçir, xüsusən də peyvənd olunmuş insanlarda.

Buna baxmayaraq, yoluxmanın artması ölkələrin səhiyyə sistemləri üçün əlavə yükdür və yeni məhdudiyyətlərin tətbiqi yaxın həftələrdə ölüm nisbətinin nə qədər dəyişəcəyindən asılı olacaq.

Son xəbərlər
Digər xəbərlər