31 C
Baku
Monday, June 17, 2024

COVID artıq Çin iqtisadiyyatının “xirtdəyini” ələ keçirib: Xarici ticarət balansı kiçilir

Çərşənbə günü Çinin ticarət balansı gözləniləndən daha çox azaldı, çünki COVID ilə əlaqəli qapanmaların davam etdiyi fasilələr ay ərzində həm ixrac, həm də idxalın azalmasına səbəb olub.

Banker.az xəbər verir ki, Çinin Gömrük İdarəsinin məlumatlarına görə, ölkənin ticarət balansı noyabrda əvvəlki aydakı $85.15 milyarddan $69.84 milyarda düşüb. İqtisadçıların noyabr üçün $79.05 milyardlıq proqnozları puç oldu. Çinin ticarət balansı may ayında ölkə miqyasında kilidləmənin yüksəkliyindən bəri ən aşağı səviyyədədir.

İxrac 2020-ci ilin iyul ayından bəri ən pis sürətlə azalaraq, 3.6% azalma gözləntilərinə qarşı gözləniləndən 8.7% daha çox geriləyib.

Çin idxalı daha da pisləşdi, 2020-ci ilin ortalarından bəri ən pis aylıq azalma ilə 10.6% azaldı və həmçinin 5% azalma gözləntilərindən iki dəfə çox düşüb.

Müşahidəçilər artıq qənaətə gəlib ki, Çin iqtisadiyyatında baş verən dərin çatları var. Çünki rekord yüksək sürətlə artan infeksiyalar qarşısında yenidən tətbiq edilən dağıdıcı “anti-COVID” tədbirlərinin öhdəsindən gəlmək üçün mübarizə aparır.

Yerli iqtisadi artımın yavaşlaması yerli tələbi ciddi şəkildə sıxışdırdığından, idxalı azaldır.

Lakin Çin mallarına xaricdə azalan tələb, qlobal tənəzzüllə bağlı artan qorxular fonunda ölkənin kütləvi istehsal sektorunu da zəiflətdi və ixracının azalmasına səbəbəbdir.

Yenə də Çinin bir neçə şəhəri son həftələrdə hökumətin sərt “sıfır-COVID” siyasətinə qarşı nadir etirazlar dalğasından sonra bəzi məhdudiyyətləri yumşaldıb.

Amma burada bu ehtimal da var ki, yunşalmalar yaxın aylarda Çin iqtisadiyyatının bərpasına təkan verəcək.

Mediada yayılan xəbərlər, hökumətin ölkədə artımın yavaşladığını nəzərə alaraq, iqtisadi cəhətdən pozucu siyasəti daha da azaltmağa hazırlaşdığını göstərir.

Noyabr ayı biznes fəaliyyəti ilə bağlı göstəricilər bunu deməyə əsas verdi ki, Çinin COVID-ə qarşı mövqeyi onun iqtisadiyyatını ağır duruma gətirib çıxarır.

 

Şanxay və Vuhan kimi sənaye mərkəzlərində lokdaunlar, istehsal fəaliyyətinin noyabr ayında ardıcıl üçüncü ay daraldığını, istehsalçılar arasında əhval-ruhiyyənin pisləşdiyini nümayiş etdirir. Ölkənin kütləvi xidmət sektoru da azaldı, iqtisadi artımın əsas sürücüsü olan istehlak xərcləri isə ay ərzində yavaşladı.

1 dollar 6.9846 ofşor yuana çatıb, bu 0.2% artımdır.

Çin iqtisadiyyatında baş verən hadisələr birbaşa təsiri olduğu ölkələr əsasən əsas ticarət tərəfdaşlarıdır. Avtraliya və Yeni Zelandiya dolları bu hadisədən sonra ABŞ valyutasına qarşı ucuzlaşırlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər