13 C
Baku
Friday, November 22, 2024

COVID Azərbaycanda yeni nikahlarla bərabər boşanmaları da azaldıb

Azərbaycanda 2020-ci ilin ilk 9 ayı ərzində ölkədə 26 312 nikah qeydiyyata alınıb. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Məlumata görə, cari ilin yanvar-sentyabrdakı rəqəm öncəki ildən 20 586 nikah, yəni, 44% az olmuşdur. COVID-19 iqtisadi rəqəmlərdə durğunluq yaratdığı kimi, ölkənin demoqrafik rəqəmlərinə də təsirini göstərməkdədir. 2019-cu ilin ilk 9 ayı ərzində 46 898 nikah bağlanmışdı.

İlin ilk rübündə – COVID-19 epidemiyasının ölkə sərhəddindən daxil olmaması aylarında ölkədə yeni nikahların sayı hər bir ay üzrə 3800-dən çox olduğu halda, 20 martdan sonra sərt karantin rejiminin  tətbiqindən sonra bu rəqəm apreldə 1611-ə düşüb. Hətta may ayında bu rəqəmdən də aşağı düşdüyü müşahidə edilib. Ölkədə hər min nəfərə 3.5 yeni nikah düşür, bu da öncəki ildə 6.3 idi.

Analoji azalma boşanmalarda da qeydə alınmaqdadır. Ölkədə boşanmaların sayı ilin ilk 3 rübü ərzində 11 089 boşanma qeydə alınıb, bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalmadır. Ölkədə hər 1000 nəfərə 1.5 boşanma düşür. Bu 2019-cu ildə 1.7 idi.

345586789 76543r

Son xəbərlər
Digər xəbərlər