23 C
Baku
Tuesday, April 23, 2024

COVID peyvəndinin effektivliyi xəbəri neftin qiymətinini artırır – $46-a çatdı (Yenilənib)

Saat 12:45/ Brent-in bir barrelinin qiyməti artıq $46-a yüksəlib.

Bakı vaxtı ilə saat 12:44-də bu xam neftin bir bareli 0.98 dollar və ya 2.18% bahalaşmaqla 45.98 dollar olub.

Bu da sentyabrın 2-dən bu tərəfə ən yüksək rəqəmdir.


Saat 09:53/COVID-19 peyvəndlərinin inkişafdakı effektivliyi, noyabrın sonunda keçiriləcək OPEC+ alyansının toplantısı və qrupun cari endirimləri 3-6 aya qədər uzada biləcəyinə dair gözləntilər, treyderləri optimist düşüncələrə əsaslanmağa sövq edir.

Bunun da nəticəsi olaraq fyuçerslərdə neftinin qiyməti sentyabrdan bu tərəfə ən yüksək həddə qalxıb.

Bakı vaxtı ilə saat 09:40 radələrində Londonun ICE qitələrarası fond birjasında Bren markalə xam neftin bir barreli 0.20           dollar, yəni, 0.44% bahalaşmaqla 45.16 dollara yüksəlib. Söhbət 2021-ci ilin yanvar fyuçürslərindən gedir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı xam neftin bir barreli (dekabr fyuçersində) 0.09 dollar, yəni, 0.21% bahalaşmaqla 42.51 dollar olmuşdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər