6 C
Baku
Saturday, December 14, 2024

Çox bilmək qərar verməni çətinləşdirir

Bir tacir Afrikada ölçüsü göyərçin yumurtası boyda olan bir almaz alır. Amma daşın daxilində çat olur. Daşın sahibi almazı bir zərgərə göstərir, zərgər heyranlıq içərisində başını yelləyərək cavab verir:

– Bu daşı iki hissəyə parçalamaq olar ki, onlarında hər biri gözəl bir brilyanta çevriləcək. Bu brilyantların hər biri ayrılıqda almazdan daha baha olacaq. Amma uğursuz və ehtiyatsız bir zərbə təbiətin bu möcüzəsini çoxlu sayda xırda tikələrə parçaya bilər ki, onlara da qəpik-quruşdan artıq pul verən olmayacaq. Mən belə bir riskin altına girə bilmərəm.

Almaz sahibinin müraciət etdiyi digər zərgərlər də ona eyni əhvalatı nəql etdilər. Amma bir gün ona məsləhət gördülər ki, Londonda qoca bir zərgər var, ona müraciət etsin, bu ustanı qızıl əllər sahibi kimi tanıyırdılar. Həmin zərgər də daşı gözdən keçirir və mümkün risklər haqqında danışır. Tacir deyir ki, artıq bu hekayəni əzbərdən bilir. Onda zərgər yaxşı bir zəhmət haqqı müqabilində bu işi görməyə razılaşır.

Tacir razılaşanda zərgər öz kiçik şagirdini (usta köməkçisini) yanına çağırır. Oğlan daşı ovcuna alıb, masanın üzərinə qoyur və bircə dəfə çəkiclə almaza zərbə endirir və elə bu zərbə almazı iki bərabər hissəyə parçalayır.

Heyrət içində brilyant sahibi soruşur:

– O, sizdə çoxdan işləyir?

-Cəmi üç gündür. O bu daşın əsl dəyərini bilmir, ona görə də zərbə endirəndə tərəddüd etmir, əli əsmir və zərbəsi möhkəmdir.

Bir məsələ haqqında nə qədər çox düşünsən, qərar qəbul etmək də bir o qədər çətin olur. Amma bəzən sadəcə – 10 saniyə lazım olur. 10 saniyə dəli cəsarəti. 10 saniyə gözlənilməz cəsurluq bir sabun köyünün ömrü qədər zaman. Hərəkət edib, özünüzdə inadcıllıq və möhkəmlik xüsusiyyətlərini inkişaf etdirin. Çünki maneələr məhz o vaxt bizə böyük görünür ki, biz mübarizə aparmadan onların qarşısında dizi üstündə dayanırıq.

Son xəbərlər
Digər xəbərlər