15 C
Baku
Thursday, September 19, 2024

Çox güclü satıcı

Müəssisələrin birində satış üzrə menecerlərin işə qəbulu ilə bağlı elan verirlər. Bir namizəd müəssisəyə yaxınlaşır. O bildirir ki, kadrlar üzrə mütəxəssislə danışmaq fikri yoxdur, bir-başa direktoru görmək istəyir, bir təhər kadrların işçisini razı sala bilir. Direktor ilə söhbət iki saat çəkir. Söhbəti ondan başlayırlar ki, direktor ayda 500 dollar təklif edir, qurtaranda isə 2500 dollar üstəgəl bonuslar, əlaqə və nəqliyyat xərcləri. Direktor həyəcanından bir az tərləsə də, nəhayət əsl peşəkar tapdığı üçün sevinir və məmnun olur.

Beləliklə namizəd artıq növbəti gün kompaniyanın əməkdaşı kimi işə çıxır. Elə ilk gündəcə o, satış planını 100% yerə yetirir. İkinci gün 250%. Artıq üçüncü gün satmağa heç nə qalmır və menecer əvvəlcə kompaniyanın mebellərini, sonra kompüter avadanlıqlarını, daha sonra avtomobil dayanacağını satır. Daha sonra o, müştəri bazasını  rəqiblərə satır, direktorun özünü isə vergi müfəttişliyinə.

Çünki o, satmadan dayana bilmir – axı o, həddindən artıq yaxşı satıcı idi.

Son xəbərlər
Digər xəbərlər