27 C
Baku
Sunday, July 21, 2024

Çox milyardlıq qarajlar: Stiv Cobs, Larri Peyc və Ceff Bezosun başlanğıc nöqtəsi

“Qaraj başlanğıcı” – hər bir böyük şirkətin (“Apple”, “Amazon”, “Hewlett-Packard” və başqaları) tarixinin ayrılmaz hissəsidir. Aşağıda qarajdan başlayan ən uğurlu startaplardan danışacağıq.

“Apple”ın qarajı: Stiv Cobs və Stiv Voznyak

“Apple”ın hekayəsi məhz ailə malikanəsinin qarajında ​​başlayır. İki yeniyetmə dost 1976-cı ildə ilk “Apple I” layihəsini hazırlayır. Brendin maliyyə investorları ilə ilk işgüzar görüşlər də burada keçirilib.

download 4

download 5

download 6

2013-cü ildə Los-Altosun Tarix Komissiyası bu evi “tarixi yer” kimi tanıdı, baxmayaraq ki, Voznyak “Apple qarajı”nı mif adlandırır. Voznyakın sözlərinə görə, qarajda onlar yalnız ideyaları müzakirə edirdilər, “Apple” avadanlığını istehsal etmirdilər.

“Google”un qarajı: Larri Peyc və Sergey Brin

“Google”un qurucuları Larri Peyc və Sergey Brin qarajlarını 1998-ci ildə axtarış sistemini işə saldıqları Menlo-Parkda icarəyə götürdülər. Qaraj “YouTube”un rəhbəri olan Syuzan Voyçiçkiyə məxsus evin bir hissəsi idi. O, milyarder olmaq istəyən Larri və Sergeyndən icarəyə görə ayda 1700 dollar alırdı.

download 7

download 8

download 9

Bina hazırda “Google”a məxsusdur. 2018-ci ildə şirkət 20 illik yubileyi şərəfinə qarajı yenidən qurdu və pərəstişkarlarına onu “Google” xəritədə araşdırmağa icazə verdi.

“HP”nin qarajı: Bill Hyulett və Devid Pakkard

Təxminən 80 il əvvəl Stenford məzunları Bill Hyulett və Devid Pakkard Palo-Altoda “HP”nin əsasını qoydular və burada 538 dollar ilkin investisiya ilə mağaza açdılar. Qaraj 1987-ci ildə tarixi yer kim tanınıb, 2000-ci ildə isə “HP” onu 1.7 milyon dollara alıb.

download 10

download 11

“Microsoft”un qaraj və moteli: Bill Qeyts və Pol Allen

“Microsoft”un həmtəsisçiləri Bill Qeyts və Pol Allen şirkət ilk yarananda Albukerker qarajında ​​işləyirdilər, lakin BASIC proqramlaşdırma dilini yazmaq üçün tez-tez “Sundowner” motelinə gedirdilər.

download 12

download 13

“Amazon”un qarajı: Ceff Bezos

Ceff Bezos “Amazon”u 1995-ci ildə Vaşinqton ştatının Belvyu şəhərində o vaxtkı arvadı Makkenzi Bezosla birlikdə ayda 890 dollara kirayə götürdüyü evdə qurub.

Ev keçən il 1.5 milyon dollardan yuxarı qiymətə satılsa da, bu, Bezosun yaşadığı ev deyil, çünki 2001-ci ildə təmir olunub və 1995-ci ildəkindən kəskin fərqlənir.

download 14

“Disney”in qarajı: Uolt Disney

1923-cü ilin yayında 22 yaşlı Uolt Disney Kanzas-Sitidən Los-Ancelesə köçür, əmisi Robert Disneyin kottecində bir otaq kirayələmək üçün həftədə 5 dollar, üstəlik qaraj üçün həftədə əlavə 1 dollar ödəyərək işə başlayır.

Əfsanəyə görə, burada bir siçan da yaşayırdı. Məhz bu siçan Disneyə cizgi filmlərinin baş qəhrəmanı Mikki Mausu yaratmaq ideyasını verdi.

download 15

download 16

download 17

Son xəbərlər
Digər xəbərlər