-1 C
Baku
Saturday, December 14, 2024

Çox pul yaxşıdır ya pis?

Əksər insanlar fikirləşir ki, pul əl çirkidir və ancaq bədbəxtlik və fəlakət gətirir, lakin bu, sadəcə olaraq illərdir beynimizə işləmiş stereotipdir. Əslində isə pullar yaxşı və ya pis ola bilməz, onlar bu mənada neytraldırlar. Yalnız bizim şəxsi manipulyasiyalarımız bu və ya digər pula yaxşı və ya pis damğasını vura bilər.

Digər insanlar isə inanırlar ki, pul yaxşıdır, daha çox pul isə “lap yaxşıdır”. Bəs əslində necədir? Yəqin ki, siz nə vaxtsa birdən-birə çoxlu pulunuzun olması ilə bağlı xəyal qurmusunuz?! Çox ehtimal ki, beyninizdə qayğısız gələcək və gözəl həyat canlanıb. Lakin vaxtından əvvəl sevinməyə dəyməz. Əgər siz çoxlu pulunuzun olmasına hazır deyilsinizsə, onda onlar sizə sadəcə olaraq problem yaradacaq.

Fərz edək ki, siz hər hansısa şirkətdə adi bir işçisiniz və yalnız bir əməkhaqqı hesabına yaşayırsınız. Birdən lotereyada bir neçə milyon udursunuz və belə bir sual yaranır ki, siz bu qədər pulu hara xərcləyəcəksiniz? Bütün narahatçılıqlar da sərvətin birdən-birə belə artması ilə bağlıdır. Bəs, həyatınız asanlaşdı? Əgər siz belə dəyişikliklərə hazır olmasanız, vəziyyət daha da pisləşəcək. Daha çox pul daha çox diqqət tələb edir, bu sizin üçün adi bir əməkhaqqı deyil. Belə gözlənilməz zənginlik bir çoxlarının həyatını məhv etdi.

Bədbəxtlikdən bu heç də nadir hallarda baş vermir. Fərz edək ki, ailə üzvləri can deyib can eşidirlər, lakin karyerada yüksəlmək və əməkhaqqının qalxması ehtimalı yarandıqda qəribə də olsa, ailə üzvləri arasında mübahisələr düşməyə başlayır. Amma əvvəllər aylıq əməkhaqqı ilə dolansalar da, bir-birinə kömək edərdilər, hər şeydə dəstək olardılar. Belə ailələr kifayət qədərdir.

Həyatınızda pul məsələlərinə çox vaxt ayırmaq lazım deyil. Qoyun, onlar öz həyatın yaşasın. Hədiyyəni bahalı olduğu üçün deyil, ürəkdən gəldiyi üçün almaq lazımdır. Əgər fikirləriniz qarışıqdırsa, onda siz nə özünüzə, nə də pullara nəzarət edə bilməyəcəksiniz. Pullar ona nəzarət etməyi bacardıqda, yaxşıdır.
Külli miqdarda pulların xəyalını qurmaq heç bir yaxşı nəticə verməyəcək. İstənilən halda çoxlu pul xətrinə pulun əldə olunması insan üçün təhlükəli ola bilər.

Son xəbərlər
Digər xəbərlər