17 C
Baku
Saturday, May 18, 2024

Çoxmənzilli binalarda çıxarış almaq üçün hansı sənədlər tələb olunur?

MTK və ya MMC tərəfindən inşa edilərək istismara qəbul olunmuş yaşayış binasında yerləşən mənzilə çıxarışın alınması üçün hansı sənədlər tələb olunur?

Banker.az “vergilər.az”a istinadən xəbər verir ki, mənzil Tikinti Korporativi tərəfindən inşa edilmiş yaşaayış binasında yerləşən mənzilə çıxarışın alınması üçün iki sənəd tələb olunur. Mənzilin vətəndaşa verilməsi barədə mənzil tikinti korporativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzilə dair pay haqqının vətəndaş tərəfindən tam ödənildiyini təsdiq edən sənəd. Bu sənədə mailiyyə arayışı da deyilir.

Yaşayış binası MTK olmayan digər hüquqi şəxs, məsələn MMC və ya fiziki şəxs tərəfindən inşa olunmuşdursa həmin binada yerləşən mənzilə çıxarışın alınmas üçün bir sənəd – notariat qaydasında təsdiq edilmiş, alqı-satqı müqaviləsi tələb olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər