11 C
Baku
Monday, November 25, 2024

Çoxuşaqlı ailələrin ipoteka borcu silinəcək

Rusiyada yeni qərar qəbul olunub

Dünya Rusiyanın Mordoviya vilayətinin paytaxtı Saransk şəhərinin mərkəzindəki üç uşaqla hamilə ana və ata təsvir olunmuş abidəyə camaat “Əlvida, ipoteka borcu” adını verib.

Rusiyada ailənin çoxuşaqlı olması valideynlərə ipoteka krediti borcunun ödənilməsində kömək edəcək.

Mordoviya vilayətində qüvvəyə minmiş yeni sosial güzəşt paketinin şərtlərinə əsasən, hər doğulan uşaq üçün ailənin ipoteka kreditinə görə borcunun 10 faizi silinəcək. Dördüncü usaq doğulduqda isə ailə ipoteka borcundan tamamilə qurtulacaq.

Bu şərtlər usaq övladlığa götürən ailələrə də eyni dərəcədə şamil olunacaq.

Yeni sosial paket vilayətdə doğum statistikasını artırmaqla yanaşı, ölkə iqtisadiyyatının hazırkı böhranlı vəziyyətinə görə çətin duruma düşmüş çoxuşaqlı ailələrə dolanışıqlarını düzəltməyə imkan verəcək.

Qeyd etmək lazımdır ki, Mordoviya Rusiyanın ən aşağı doğum səviyyəsi olan regionlarından sayılır. 2014-cü ildə burada hər 1000 nəfər əhaliyə cəmi 10.1 doğuş qeydə alınıb.

Volqa Federal dairəsində bu, ən aşağı doğum göstəricisidir.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər