14 C
Baku
Saturday, November 23, 2024

Çoxuşaqlı analara sığorta stajı hədiyyə ediləcək

“Çoxuşaqlı qadınlara və sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanunun I oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, dəyişikliyə əsasən 8-ci maddədə adıkeçən şəxslərə – çoxuşaqlı qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara analoji proaktiv pensiya təyinatı mümkün olacaq və onlara da 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək.

Bizim Facebook səhifəmizə abunə olun

MənbəReport
Son xəbərlər
Digər xəbərlər