8 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Cozef Bayden 8 ölkədən səyahət məhdudiyyətlərini aradan qaldırıb

ABŞ Prezidenti Cozef Bayden Afrikanın səkkiz dövlətindən giriş məhdudiyyətlərinin aradan qaldırılmasına göstəriş verib.

Bu barədə Ağ Evin yaydığı açıqlamada deyilir.

Məlumatda deyilir ki, məhdudiyyətlər dekabrın 31-i gecə yarısı aradan qaldırılacaq.

Qeyd edək ki, koronavirusun yeni “omikron” ştamının müəyyən edilməsi ilə əlaqədar noyabrın 29-dan ABŞ hakimiyyəti Cənubi Afrika, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malavidən hava nəqliyyatına məhdudiyyətlər tətbiq edib.

Son xəbərlər
Oxşar xəbərlər