29 C
Baku
Sunday, June 4, 2023

Cozef Bayden Luiziana ştatını təbii fəlakət zonası elan edib

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

ABŞ Prezidenti Cozef Bayden “İda” qasırğası səbəbindən Luiziana ştatını təbii fəlakət zonası elan edib və zərərçəkənlərə federal yardım barədə göstəriş verib.

Bu barədə Ağ Ev xəbər yayıb.

“Bu gün prezident Cozef R. Bayden Luiziana ştatında təbii fəlakət zonası elan edib və 26 avqust 2021-ci ildə başlayan və davam edən “İda” qasırğasından zərər çəkən ərazilərdə əyalət, yerli bərpa əməliyyatlarını tamamlamaq üçün federal yardım göstərilməsi barədə göstəriş verib”, – Ağ Evin açıqlamasında deyilir.

Federal yardım müvəqqəti mənzil və ev təmiri üçün qrantlar da daxil olmaqla, fəlakət bərpasında vətəndaşlara dəstək proqramlarını əhatə edəcək.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X