ABŞ Prezidenti Cozef Bayden bildirib ki, Çin Xalq Respublikasının sədri Si Szinpinlə Tayvanı müzakirə edib.
Bu barədə “RİA Novosti” xəbər verir.
“Mən Si (Szinpinlə-red) ilə Tayvan haqqında danışdım. Biz razıyıq, Tayvan üzrə razılaşmaya riayət edəcəyik. Biz bunun üzərində dayanırıq və razılaşmaya riayət etməkdən başqa bir şey edəcəyimizi düşünmədiyimi anlatdım”, – Bayden deyib.
ABŞ-ın 1979-cu ildə qəbul etdiyi qanun Tayvana hərbi yardımı nəzərdə tutsa da, Çinin vahidliyinə dəstəyi təsbit edir.