Cozef Bayden yenidən səlahiyyətlərinin icrasına başlayıb

ABŞ Prezidenti Cozef Bayden yenidən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.

Psaki Baydenin əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirib.

“O, müayinəsinin qalan hissəsi üçün Uolter Rid Tibb Mərkəzində qalacaq”, – sözçü əlavə edib.

Son xəbərlər
Digər xəbərlər