10 C
Baku
Bazar, Dekabr 5, 2021

Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb

Son doqquz ayda ABŞ Prezidenti Cozef Baydenin fəaliyyətinin dəstək reytinqi prezidentliyi dövrünün ən aşağı səviyyəsinə enib.

Bu barədə “Gallup” Sosioloji Araşdırma Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.

Mərkəzin keçirdiyi son soruğunun nəticələrinə əsasən, C.Baydenin nüfuzu 11,3 faiz düşüb və bu ölkənin əvvəlki 10 prezidentinin reytinqindəki enişdən daha aşağıdır.

Mərkəz qeyd edir ki, Baydenin populyarlığı iyul ayında ölkədə koronavirusa yoluxma hallarının artdığı vaxt düşməyə başlayıb və avqustun sonunda Amerika qoşunlarının Əfqanıstandan xaotik şəkildə çıxarılması vəziyyəti daha da gərginləşdirib.

Report

Son xəbərlər
Oxşar xəbərlər
X