5 C
Baku
Friday, February 23, 2024

Cozef Baydenin reytinqi rekord dərəcədə düşüb

Oktyabrın əvvəlində ABŞ Prezidenti Cozef Baydenin reytinqi onun vəzifəsinin icrasına başlaması günündən indiyədək ən aşağı səviyyəyə düşüb.

Bu, “Quinnipiac University”nin sorğusunun nəticələri əsasında məlum olub.

Belə ki, rəyi soruşulan amerikalıların yalnız 38 %-i Amerika liderini dəstəkləyiblər.

Tədqiqat məlumatına görə, ötən ayla müqayisədə Baydenin siyasəti ilə razılaşmadığını ifadə edənlərin göstəricisi 50 %-dən 53 %-ə qədər artıb.

Sorğu göstərir ki, Baydenin reytinqinin pisləşməsi əsasən onun mühacirətə və xarici siyasətə olan münasibətinin nəticəsidir. Rəyi soruşulanların 67 % -i miqrasiya siyasətinə yanaşmanı və Meksika sərhədindəki vəziyyəti bəyənmədiyini bildirib. Respondentlərin 58 %-i xarici siyasət kursunu, 54 %-i isə vergi siyasətini bəyənməyib.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər