22 C
Baku
Tuesday, October 7, 2025

“CPM-İnvest İnvestisiya Şirkəti” BFB-dəki bəzi əməliyyatları azalıb

“CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin 2025-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında repodan kənar əməliyyatlarının ümumi həcmi 393 milyon manat təşkil edib.

banker.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 48% azalma deməkdir.

Əsas azalma dövlət istiqrazları və korporativ istiqrazlar üzrə qeydə alınıb. Dövlət istiqrazları ilə əməliyyatların həcmi 608,9 milyon manatdan 270,7 milyon manata düşüb. Korporativ istiqrazlarla əməliyyatlar isə 22,4 milyon manatdan 6,4 milyon manata enib.

Buna baxmayaraq, ARMB qiymətli kağızları seqmentində cüzi artım müşahidə olunub — 109,5 milyon manatdan 116,1 milyon manata yüksəlib. Səhm əməliyyatlarının həcmi isə çox kiçik qalmaqla 3 milyon manatdan 31 min manata geriləyib.

Bununla belə şirkətin repo əməliyyatlarının həcmi 2 dəfədən çox artaraq 3.89 mlrd. manata yüksəlib və bu cəmi əməliyyatlar həcminin 74 faiz artımla 4,28 mlrd. manata yüksəlməsinə gətirib çıxarıb.

Son xəbərlər
Digər xəbərlər