12 C
Baku
Saturday, November 23, 2024

“CPM-Invest İnvestisiya Şirkəti” şirkətinin Müşahidə Şurasında dəyişiklik olub

“CPM-Invest İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına Eldar Abdullayevin sədr təyin edilməsindən sonra yeni dəyişiklər də baş tutub.

Banker.az-ın əldə etdiyi məlumata görə, indiyə qədər Müşahidə Şurasının sədri olan Xəyal İsmayılov Vahid oğlu üzv seçilib.

Xəqani Hüseynov Vaqif  oğlu Müşahidə Şurasının üzvlüyündən ayrılıb.

Xatırladaq ki, “CPM-Invest İ.Ş.” ASC 2022-ci ildən Mərkəzi Bankdan lisenziya əldə edib və 400 min manat nizamnamə kapitalı var.

Onun səhmlərinin 1 yanvar 2023-cü il tarixinə olan açıqlamaya görə 100.00% payla Kəmalə Məmmədova adlı fiziki şəxs sahiblik edir.

Son xəbərlər
Digər xəbərlər