12 C
Baku
Saturday, November 23, 2024

“CPM-Invest İnvestisiya Şirkəti”nin gəlirləri xərclərini qarşılaya bilməyib – İlin ilk yarısı ZƏRƏR!

“CPM-Invest İnvestsiya Şirkəti” ASC-nin cari ilin ilk yarısında keçən ilki dövriyyəyə sahib ola bilməməsi səbəbindən gəlirləri xeyli düşüb.

Bnker.az bunu investisiya şirkətinin hesabatına istinadən xəbər verir.

Belə olan halda, şirkətin gəlirləri onun xərclərini qarşılaya bilmədiyindən yarımildə 23 min manat zərər edib. Halbuki, keçən ilin ilk yarısında 419 min manat xalis mənfəət əldə etdiyini elan etmişdi.

Şirkətin cari ildə 785 min manat əsas fəaliyyət istiqaməti olan investisiyadan gəlir əldə edib. Bu, keçən il qeydə alınmış 1133 min manatdan 31 faiz aşağıdır.

“CPM-Invest” üçün Bakı Fond Birjasında keçənilki dövriyyəni bu il apara bilmir. Keçən il investisiya şirkətinin ilin ilik 7 ayı üzrə 1 mlrd. 925 mln. manat dövriyyəsi 1 mlrd. 783 mln. manata düşüb.

Xatırladaq ki, “CPM-Invest İ.Ş.” ASC 2022-ci ildən Mərkəzi Bankdan lisenziya əldə edib və 400 min manat nizamnamə kapitalı var.

Onun səhmlərinin 1 yanvar 2023-cü il tarixinə olan açıqlamaya görə 100.00% payla Kəmalə Məmmədova adlı fiziki şəxs sahiblik edir.

Capture

Son xəbərlər
Digər xəbərlər