17.4 C
Baku
Tuesday, May 13, 2025

“CPM-Invest İnvestisiya Şirkəti”nin gəlirlərindəki kəski zərər onu zərərlə üzləşdirdi

“CPM-Invest İnvestisiya Şirkəti” ASC-nin gəlirləri keçən il kəskin azalma göstərib və şirkət zərər edib.

Banker.az şirkətin illik audit hesabatına istinadən xəbər verir ki, keçən il 891 min manat ümumilikdə gəlir əldə edib. Öncəki ildə 3 milyon 554 min manatdan 75 faiz azdır.

İnvestisiya şirkətinin gəlirlərində kəskin azalma öz hesabına əməliyyatlarına 2 milyon 993 min manatdan 665 min manata düşüb.

Şirkətin 891 min manat xərci olub və bu öncəki 2 milyon 53 min manatdan aşağı olsa da, xərclərin azalması daha aşağıdır.

Nəticədə keçən ili 23 min manatla zərər edib. Halbu ki, ötən ilki gəlirlər hesabına ili 1 milyon 641 min manat xalis mənfəət əldə etmişdi.

İnvestisiya şirkəti 2021-ci ildə təsis edilsə də, 2022-ci ildən fəaliyətdədir. Bununla belə 2021 və 2022-ci illəri müvafiq olaraq 433 min manat və 1 milyon 261 min manat xalis mənfəət etmişdi. Bu şirkətin tarixində ilk zərərdir.

Xatırladaq ki, “CPM-Invest İ.Ş.” ASC 2022-ci ildən Mərkəzi Bankdan lisenziya əldə edib və 800 min manat nizamnamə kapitalı var.

Onun səhmlərinin 100.00% payla Kəmalə Məmmədova adlı fiziki şəxs sahiblik edir.32423432

Son xəbərlər
Digər xəbərlər