“CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb və məlum olub ki, onun xalis gəlirləri illik müqayisədə 46 faiz artaraq 3 milyon 554.46 min manat təşkil edib.
Banker.az audit hesabatına istinadən xəbər verir ki, investisiya şirkətinin xalis mənfəəti 1 milyon 642.18min manat təşkil edib.
Bu da illik müqayisədə 30% artımdır. Öncəki ildə onun xalis mənfəəti 1 milyon 201 min manat olmuşdu.
Xatırladaq ki, “CPM-Invest İ.Ş.” ASC 2022-ci ildən Mərkəzi Bankdan lisenziya əldə edib və 400 min manat nizamnamə kapitalı var.
Onun səhmlərinin 1 yanvar 2023-cü il tarixinə olan açıqlamaya görə 100.00% payla Kəmalə Məmmədova adlı fiziki şəxs sahiblik edir.