“CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2024-cü ili 168 min manat xalis mənfəət ilə başa vurub. 2023-cü ildə BOKT 1 milyon 642 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 10 dəfəyə yaxın azalma deməkdir.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “CPM-İnvest İnvestisiya Şirkəti”nin gəlirləri 29.5% azalaraq 2 milyon 507 min manat, inzibati və digər əməliyyat xərcləri 2 milyon 297 min manat təşkil edib.
31 dekabr 2024-cü il tarixində BOKT-un cəmi aktivləri 26 milyon 223 min manat olub ki, bu da illik müqayisədə 9 dəfə artmasıdır. Hesabat dövründə cəmi öhdəlikləri 462 min manatdan 24 milyon 679 min manata çatıb, cəmi kapitalı isə 2 milyon 442 min manatdan 1 milyon 544 min manata düşüb.
Xatırladaq ki, “CPM-Invest İ.Ş.” ASC 2022-ci ildən Mərkəzi Bankdan lisenziya əldə edib və 800 min manat nizamnamə kapitalı var.