27 mart 2024-cü il tarixində Bakı Fond Birjasında “CPM-İnvest İnvestisiya Şirkəti” ASC -nin AZ1001023204 dövlət qeydiyyat nömrəli 400 000 (dörd yüz min manat) manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
Bu barədə Banker.az-a BFB-dən məlumat daxil olub.
Abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1000 manat qiymətindən 1 sifariş təqdim edilmişdir.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 400 000 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 400 000 manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-dir.
“CPM-İnvest İnvestisiya Şirkəti” ASC ötən ilin əvvəli hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd adlı, sənədsiz, adi səhmlərini emissiya etməklə əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını 800 min manat məbləğinə çatdırmışdır. Emitent 13.01.2023-cü il tarixində hər birinin nominal dəyəri 1 000 olan 800 ədəd adlı, sənədsiz, adi səhmlərdən 400 ədədini dövriyyədən çıxarmaqla nizamnamə kapitalını 400 000,00 manat məbləğinə çatdırmışdır. Hazırda şirkətin nizamnamə kapitalı hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd adlı, sənədsiz, adi səhmdən ibarət olmaqla cəmi 400 manat məbləğində təsbit olunub.
“CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin bir səhmdarı var və bu, Azərbaycan Respublikası vətəndaşı Məmmədova Kəmalə Qələndər qızıdır.