“CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunub.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
AMB tərəfindən aparılmış tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 10 000 manat məbləğində cərimə edilmişdir.