17 C
Baku
Sunday, May 19, 2024

“Credit Suisse” Bolqarıstan mafiyasının pullarını yumaqda təqsirli bilinib

İsveçrə Federal Cinayət Məhkəməsi “Credit Suisse” bankını Bolqarıstanın kokain alveri ilə məşğul olan cinayətkar qrupun çirkli pulların yuyulmasında iştirak etdiyini müəyyən edib, Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir. Bildirilir ki, istintaq 2004-2008-ci illər arasında baş verən hadisələrə aiddir.

Məhkəmə “Credit Suisse”i 2 milyon İsveçrə frankı (2.1 milyon dollar) məbləğində cərimələyib, eyni zamanda dəstə üzvlərinin hesablarında saxlanılan 12 milyon dollardan çox əmlakın müsadirə edilməsini və bankın İsveçrə hökumətinə 18.6 milyon avro təzminat ödəməsini istəyib.

Çirkli pulların yuyulmasında təqsirli bilinən keçmiş bank işçisinə 20 ay şərti həbs və cərimə cəzası verilib. “Financial Times” yazır ki, bu, “Credit Suisse”də ictimaiyyətlə əlaqələr üzrə menecer kimi çalışmış keçmiş bolqar tennisçi Yelena Pampulova-Berqomidir. Pampulova-Berqomi idman təcrübəsi sayəsində Bolqarıstanın “kokain kralı” adlandırılan peşəkar güləşçi Evelin Banev ilə əlaqələr qurub. Qadın mütəmadi olaraq Banevin ətrafındakı adamlardan nağd pullar alıb.

Banev 2017-ci ildə İtaliyada narkotik alverində və 2018-ci ildə Bolqarıstanda çirkli pulların yuyulmasında təqsirli bilinib. 2021-ci ilin sentyabrında o, Kiyevdə saxlanılıb və həbs edilib.

2018-ci ildə məhkəmə “Credit Suisse”in keçmiş əməkdaşı Patris Lescaudronu bank müştərilərinə 150 milyon dollar ziyan vurmaqla nəticələnən dələduzluq işi üzrə 5 il həbs cəzasına məhkum edib.Bu ilin iyununda iş adamı, Federasiya Şurasının keçmiş üzvü Vitali Malkin Buryatiyadan olan itkilərə görə bir banka qarşı 500 milyon İsveçrə frankı (515 milyon dollar) tələb etmək qərarına gəlib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər