22 C
Baku
Thursday, May 2, 2024

Credit Suisse Group

Credit Suisse Group aktivləri 1,1 trln dollar təşkil edən investisiya bankıdır, bu da onu Avropa və dünyanın ən böyük banklarından biri edir. Bank İsveçrədə birinci, dünya üzrə isə beşinci yeri tutur. Bankın baş qərargahı İsveçrə, Sürixdə yerləşir.

5 iyul 1856-cı ildə İsveçrədə sənaye və dəmiryolu tikintisinin maliyyələşdirilməsi üçün yaradılmışdır. Bankın yaradıcısı İsveçrənin ilk dəmiryolu stansiyasının prezidenti olan Alfred Eşerdir. 19-cu əsrin 70-ci illərində bank Nyu-york və Vyanada öz nümayəndəliklərini açdı. Bundan sonra bank rəhbərliyi amerikan nümayəndəliklərinə xüsusi diqqət ayırmağa başladılar.

Credit Suisse Group bankının fəaliyyəti üç əsas istiqamət üzrə xidmətlərin göstərilməsindən ibarətdir: aktivlərin idarə olunması, fərdi bank xidmətləri və investisiya-bank fəaliyyəti.

Credit Suisse Group bankının əməkdaşlarının sayı 60000 nəfərdir. Forbes-in tərtib etdiyi 2012-cu ilin reytinqində 125-ci yerdədir.

Bankın idarə heyətinin rəhbəri Bredi Duqan, direktorlar şurasının sədri isə Hans Uilrix Döriqdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər