10 C
Baku
Saturday, November 23, 2024

“Credit Suisse” in zərəri $8 milyarda çatıb

“Credit Suisse” in zərəri 7.9 milyard dollara çatıb.

İsveçrənin ikinci ən böyük bankı olan “Credit Suisse” 2022-ci ilin son rübündə 1.39 İsveçrə frankı (1.8 milyard dollar) zərər edib. Şirkətin zərəri 2008-ci ildə baş verən qlobal maliyyə böhranından sonra özünün ən yüksək həddinə çatıb.

Banker.az xəbər verir ki, 2022-ci ilin sonu üçün “Credit Suisse” in zərəri 7.29 milyard İsveçrə frankına ( 7.9 milyard dollar) çatıb.

Qətər sərvət fondu “Credit Suisse” dəki payını artırır.

Qətərin ictimai sərvət fondu “Credit Suisse” dəki payını 7%-dən bir qədər aşağı artıraraq, bankın Səudiyyə Ərəbistanı Milli Bankından sonra ikinci ən böyük səhmadarı olub.
Qeyd edək ki, Qətər İnvestisiya Təşkilatı (QIA) 31 dekabr 2022-ci il tarixinə İsveçrə bankının 139.03 milyon səhmini alıb.

Son xəbərlər
Digər xəbərlər