“UBS”in rəhbərləri “Credit Suisse”nin tam ələ keçirilməsi ilə bağlı fundamental qərar qəbul ediblər ki, bu da sonuncunun brendinin ləğvini nəzərdə tutur, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
“UBS” bu ilin mart ayında “Credit Suisse”i 2 milyard dollara aldığını açıqlayıb. İyunun 12-də “UBS” rəqibini satın almağı başa çatdırıb. Bildirilib ki, “UBS Group” iki ana bankı – “UBS AG” və “Credit Suisse AG”ni idarə edəcək. Hər bir qurum törəmə şirkətlərini və filiallarını saxlayacaq, həmçinin öz müştərilərinə xidmət göstərməyə və qarşı tərəflərlə işləməyə davam edəcək.
Mart ayında ölkənin iki ən böyük bankının birləşməsinə təşəbbüs göstərən İsveçrə səlahiyyətliləri, on minlərlə iş yerini xilas etmək istəyən “UBS” rəhbərliyinin qərarını tənqid edib və sövdələşmənin yalnız milyardlarla frank maliyyə dəstəyi sayəsində baş verdiyini xatırladıb. Bununla belə, sövdələşmənin şərtlərinə görə, “UBS” rəhbərliyi bütün müştərilərinə vahid brend altında xidmət göstəriləcəyi qərarına gəliblər.