14 C
Baku
Thursday, March 28, 2024

“Credit Suisse” qlobal rifah səviyyəsini qiymətləndirib – Tədqiqat

COVID-19 pandemiyasının iqtisadi təsirlərinə qarşı hökumətlər və mərkəzi banklar tərəfindən görülən tədbirlərin yaratdığı çətinliklərə baxmayaraq, 2020-ci ildə dünyada rifah səviyyəsi 7.4% artıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bu barədə İsveçin “Credit Suisse” bankının “Global Wealth Report” məruzəsində deyilir. Bank qeyd edir ki, dünya sərvəti 26.7 trilyon dollar artaraq ilin sonuna 418.3 trilyon dollara çatıb.

Regionlara gəldikdə, Şimali Amerikada rifah səviyyəsi 12.4 trilyon dollar, Avropada isə 9.2 trilyon dollar artıb. 2020-ci ildəki artımın böyük hissəsi məhz bu iki regionun payına düşüb. Bildirilir ki, Çində artım 4.2 trilyon dollar, Asiya-Sakit Okean Regionunda isə 4.7 trilyon dollar təşkil edib.

Bununla yanaşı, 2020-ci ilin nəticələrinə görə, Hindistanda və Latın Amerikasında ümumi rifah səviyyəsinin aşağı düşməsi müşahidə edilib. Məsələn, Hindistanda azalma 4.4% (594 milyard dollar), Latın Amerikasında isə 11.4% (1.2 trilyon dollar) olub.

“Credit Suisse” bankının ekspertləri 2025-ci ilə qədər dünya sərvətinin 39% artacağını və 583 trilyon dollara çatacağını proqnozlaşdırıblar. Eyni zamanda bu məbləğin 42%-i aşağı və orta gəlirli ölkələrin payına düşəcəyi ehtimal edilir. Adambaşına düşən rifah 31% artaraq 100 min dollar səviyyəsini keçəcəyi gözlənilir. Milyonçuların sayı da önümüzdəki beş il ərzində əhəmiyyətli dərəcədə artaraq 84 milyona çatacağı bildirilir.

Son xəbərlər
Digər xəbərlər