24 C
Baku
Wednesday, May 29, 2024

“Credit Suisse”in rəhbəri istefa verib

Isveçrənin “Credit Suisse” bankının İdarə Heyətinin sədri Antonio Horta-Osorio vəzifəsindən istefa verib.

Bu barədə xarici mətbuat xəbər verir.

Məlumata görə, o, bu addımı ona qarşı səfər və şəxsi xərcləri ilə bağlı başladılan daxili araşdırmadan sonra atıb.

“Şəxsi hərəkətlərimin bank üçün çətinliklər yaratdığına görə təəssüflənirəm”, – deyən Horta-Osorio, bankın maraqlarını və səhmdarlarını qorumaq üçün istefa vermək qərarına gəldiyini bildirib.

Onun yerinə “Credit Suisse”in İdarə Heyətinin üzvü Aksel Lemann gətirilib.

Qeyd edək ki, Antonio Horta-Osorio ötən ilin aprel ayında bu vəzifəyə gətirilmişdi. O, bankın tarixində ilk İsveçrəli olmayan sədr olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər